среда, 13 июня 2012 г.

“Flaşmob” və “Yeni Media” mövzuları üzrə növbəti təlimlər


aub







Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən həyata keçirilən və İREX Beynəlxalq Təşkilatı tərəfindən maliyyələşdirilən "Deməyə sözümüz var" Foto jurnalistika vasitəsi ilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti layihəsi çərçivəsində aprel ayının 21 və 22-si "Flaşmob" və "Yeni Media" mövzuları üzrə növbəti təlimlər təşkil edildi.
Təlimlərə Bakı, Lənkəran, Bərdə və Naxçıvandakı orta və peşə təhsili məktəbləri, internat, liseylərdən, eləcə də, AUB nəzdindəki Uşaq Sığınacağından ümumən 25 nəfər yeniyetmə və gənc cəlb olundu.
Təlimləri "Flaşmob Azərbaycan"ın lideri Samir Qədirov və təlimçi Qurban Kərimbəyli apardılar. Təlimlər zamanı flaşmobun əsas ideyası, mənası, tarixi, məqsədi, bir neçə maraqlı video nümunələr, mövzuya uyğun fəaliyyətlər barədə misallar göstərilmiş, təlim iştirakçıları bu videolarda flashmobun digər kütləvi aksiyalardan və reklam xarakterli fəaliyyətlərdən fərqini müəyyən etməklə bağlı fiirlərini bildirildi, Flashmob tədbirinin təşkilatçılığı, təqdimetməsi, elanı, kordinasiyası və təbliğində atılan əsas addımlar qeyd edildi. Sonra təlimçilərin və AUB sosial işçilərinin köməyi ilə təlim iştirakıçıları bir neçə flaşmob ideyaları hazırlayaraq səhnələşdirilmiş variantda icra etdilər. Təlimdə həmçinin Flashmob təşkilatçılığı və təbliğində istifadə olunan yeni media alətləri barədə danışıldı.
"Yeni Media" təlimi zamanı yeni medianın ənənəvi mediadan fərqi və ondan istifadə qaydaları geniş müzakirə edildi, Azərbaycanda media və onun təşkilatçılığı, risklər və media resurslarının yaradıcılıq və şərait imkanları haqqında məlumat verildi. Sosial şəbəkələr, bloqlar, videosaytlar və s. texniki imkanları haqqında söz açıldı. Təlim iştirakçıları qısa müddətdə layihənin məqsədlərinə dair müxtəlif bloqlar, sosial şəbəkələrdə səhifələr, videosaytlarda mövzuya aid videolar yerləşdirilməsi üçün fəaliyyət planları müəyyən etdilər.
Yay aylarında bir daha bir araya gələcək qrup, mövzuya aid hazırladıqları bloqlar, sosial şəbəkələrdə yaratdıqları səhifələr və internet səhifələrində yerləşdirdikləri video və fotoları təqdim edəcəklər.
Təlimdən sonra 2012-ci ilin sentyabr və oktyabr aylarında iştirakçılar Bakı, Gəncə və Biləsuvar regionlarına səfər edəcəklər və onların çəkdikləri şəkillər sosial şəbəkələrdə, digər yeni media vasitələri ilə geniş şəkildə ictimaiyyətə təqdim olunacaqdır. Həmçinin uşaq və gənclərin çəkdikləri şəkillər layihə çərçivəsində təşkil olunacaq sərgilərdə nümayiş olunacaqdır.
Qeyd etmək lazımdır ki, layihənin məqsədi, həssas təbəqədən olan uşaq və gənclərin yeni media texnologiyalarından istifadəsini artıqmaq və onların cəmiyyətə səmərəli inteqrasiyasına və foto jurnalistika, eləcə də, yeni media vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə, xüsusən də hökumət təşkilatlarına çatdırmağa kömək etməkdir.
Layihə bu ilin sonu başa çatacaqdır.

Комментариев нет:

Отправить комментарий