среда, 13 июня 2012 г.

Baki jurnalistika mektebi

“Deməyə sözümüz var”


Həssas təbəqədən olan uşaqlar üçün təlim keçirilirHəssas təbəqədən olan uşaqlar üçün təlim keçirilir









Azərbaycan Uşaqlar Birliyinin (AUB) həyata keçirdiyi və İREX Beynəlxalq Təşkilatı tərəfindən maliyyələşdirilən “Deməyə sözümüz var” fotojurnalistika vasitəsi ilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti layihəsi çərçivəsində aprelin 21 və 22-si “Flaşmob” və “Yeni Media” mövzuları üzrə növbəti təlimlər təşkil edilib.
Təlimlərə Bakı, Lənkəran, Bərdə və Naxçıvandakı orta və peşə təhsili məktəbləri, internat, liseylərdən, eləcə də, AUB nəzdindəki Uşaq Sığınacağından ümumən 25 nəfər yeniyetmə və gənc cəlb olunub.
Təlimləri “Flaşmob Azərbaycan”ın lideri Samir Qədirov və təlimçi Qurban Kərimbəyli aparıblar. Təlimlər zamanı flaşmobun əsas ideyası, mənası, tarixi, məqsədi, bir neçə maraqlı video nümunələr, mövzuya
uyğun fəaliyyətlər barədə misallar göstərilib, təlim iştirakçıları bu videolarda flashmobun digər kütləvi aksiyalardan və reklam xarakterli fəaliyyətlərdən fərqini müəyyən etməklə bağlı fiirlərini bildirilib, Flashmob tədbirinin təşkilatçılığı, təqdimetməsi, elanı, kordinasiyası və təbliğində atılan əsas addımlar qeyd edilib. Sonra təlimçilərin və AUB sosial işçilərinin köməyi ilə təlim iştirakıçıları bir neçə flaşmob ideyaları hazırlayaraq səhnələşdirilmiş variantda icra ediblər. Təlimdə həmçinin Flashmob təşkilatçılığı və təbliğində istifadə olunan yeni media alətləri barədə danışılıb.

AUB-dan verilən məlumata görə, yay aylarında bir daha bir araya gələcək qrup, mövzuya aid hazırladıqları bloqlar, sosial şəbəkələrdə yaratdıqları səhifələr və internet səhifələrində yerləşdirdikləri video və fotoları təqdim edəcəklər.“Yeni Media” təlimi zamanı yeni medianın ənənəvi mediadan fərqi və ondan istifadə qaydaları geniş müzakirə edilib, Azərbaycanda media və onun təşkilatçılığı, risklər və media resurslarının yaradıcılıq və şərait imkanları haqqında məlumat verilib. Sosial şəbəkələr, bloqlar, videosaytlar və s. texniki imkanları haqqında söz açılıb. Təlim iştirakçıları qısa müddətdə layihənin məqsədlərinə dair müxtəlif bloqlar, sosial şəbəkələrdə səhifələr, videosaytlarda mövzuya aid videolar yerləşdirilməsi üçün fəaliyyət planları  müəyyən ediblər.
Layihənin məqsədi, həssas təbəqədən olan uşaq və gənclərin yeni media texnologiyalarından istifadəsini artıqmaq və onların cəmiyyətə səmərəli inteqrasiyasına və foto jurnalistika, eləcə də, yeni  media vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə, xüsusən də hökumət təşkilatlarına çatdırmağa kömək etməkdir.
Layihə bu ilin sonu başa çatacaqdır.

Комментариев нет:

Отправить комментарий